2 Dekabr, 2014
Öcalandan Ərdoğana təklif

Türkiyədə həbsdə olan PKK terror təşkilatının lideri Abdulla Öcalan türklərlə kürdlər arasında başladılan sülh prosesinin uğurla nəticələnməsi üçün 3 təkliflə çıxış edib.

Simsar.az-ın məlumatına görə, Öcalan təklif edib ki, ilk növbədə sülh prosesi hüquqi status qazanmalıdır, prosesin müşahidəsi üçün bitərəf qurumlar yaradılmalı və faktların araşdırılması da daxil olmaqla 8 komissiya yaradılmalıdır.

Öcalan prosesin tezləşdirilməsi üçün hökumətə çağırış edib. Kürd lider qeyd edib ki, artıq müzakirələrə son qoymaq lazımdır. İtirməyə vaxt yoxdur. Öcalan irəli sürdüyü təklifləri qəbul olunarsa, kürd vətəndaşlara bəzi çağırışlar edə biləcəyini qeyd edib. Bundan başqa o, hökumətin onunla ayda bir dəfə deyil, hər gün görüşməsini də istəyib. Abdullah Öcalan hazırda İmralı adasında həbsxanada saxlanılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!