2 Dekabr, 2014
Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən "BakuTel - 2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Simsar.az-ın məlumatına görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib. O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri və imzalanmış sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsində yeni mərhələnin əsasını qoymuşdur.

Mahmud Vaezi, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!