2 Dekabr, 2014
Cavadovun komandası kuboka məğlubiyyətlə başladı

Türkiyə kubokunda bu gün qrup mərhələsinin ilk oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin şərəfini qoruduğu  birinci liqa təmsilçisi "Qaziantep BB” doğma meydanda  üçüncü liqa klubu "Tuzlaspor"u qəbul edib. Qarşılaşma "Qaziantep BB"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

V.Cavadov və R. Hacıyev əsas heyətdə yer alıb. R.Hacıyev ikinci hissədə əvəzlənib, V.Cavadov isə 90 dəqiqə meydanda olub. Digər futbolçumuz U.Budakın adı 18 nəfərlik heyətə daxil edilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!