2 Dekabr, 2014
Azərbaycan millisi Belarusu məğlub etdi

Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuş futzal üzrə beynəlxalq turnirdə 2-ci tura start verilib.

Simsar.az xəbər verir ki, Azərbaycan millisi bu gün baş tutan ikinci oyununda Belarusla qarşılaşıb.

Yığmamız bu görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Rəcəb Fərəczadə və Namiq Məmmədkərimov vurublar.

Qeyd edək ki, millimiz turnirdəki ilk oyununda Qazaxıstana uduzmuşdu – 1:4.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!