21 Aprel, 2011
73 milyon 960 min dollara iki qəzet

"Doğan" Holdinq imtina etdi

Simsar.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Doğan” Yayın Holdinqinə daxil olan “Milliyet” və “Vatan” qəzetləri bütün marka, ad və internet saytları ilə birlikdə 73 milyon 960 min dollar qarşılığında “Demirören və Karacan Qrupu”nun törəmə şirkəti olan “DK Gazetecilik ve Yayıncılık A.Ş.”-yə satılıb. 

“Doğan” Yayın Holdinqinin yaydığı rəsmi açıqlamada deyilir ki, bu axşam satışla bağlı razılaşma əldə edilib və səhmlərin devir edilməsi ilə bağlı saziş imzalanan zaman da bu barədə detallı açıqlama veriləcək.

Qeyd edək ki, “Doğan” Yayın Holdinq “Doğan Şirkətlər Qrupu”na daxildir. “Doğan Şirkətlər Qrupu”nun rəhbəri Türkiyənin tanınmış iş adamı Aydın Doğandır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla problem yaşayan Aydın Doğan vergidən yayınma ittihamı ilə 1 milyard dollar civarında cərimələnib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!