2 Dekabr, 2014
Tehran merinin müavini həbs olundu

Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibafın müavini ötən gün hava limanında ölkəni tərk etmək istəyərkən həbs olunub. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Tehran merinin müavininin həbs edilməsi barədə xəbəri Məhkəmə Sisteminin sözçüsü də təsdiqləyib, lakin həmin şəxsin merin konkret hansı müavini olduğunu açıqlamayıb.

Qeyd edək ki, Tehran merinin 20-dən çox müavini var.

Məlumata əsasən, həbs edilmiş müavin milli təhlükəsizliyə təhlükə törətməkdə və korrupsiyada ittiham olunur. O, Tehran şəhərindəki müşahidə-nəzarət kameralarının IP adreslərini və görüntülərini xarici ölkələrdən birinə ötürüb.

Məlumatda deyilir ki, bu görüntüləri alan ölkə İspaniyadır.

ISNA yazır ki, Tehran şəhərinin meri 2005-ci ildə İranı tərk etmiş bir şəxslə bu işdə əlbir olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!