21 Aprel, 2011
"Milli Atlas" nəşr ediləcək

Prezident redaksiya heyyətinin tərkibini müəyyənləşdirib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında sərəncam verib. 

Simsar.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamda “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilib: 

Redaksiya heyətinin sədri - Artur Rasizadə – Azərbaycan Respublikasının baş naziri

Redaksiya heyəti sədrinin müavini - Mahmud Kərimov – AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Məsul katib - Qərib Məmmədov – AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Redaksiya heyətinin üzvləri:

Elmar Məmmədyarov – Xarici işlər naziri

Şahin Mustafayev – İqtisadi inkişaf naziri

Natiq Əliyev – Sənaye və energetika naziri

Ziya Məmmədov – Nəqliyyat naziri

İsmət Abasov – Kənd təsərrüfatı naziri

Hüseynqulu Bağırov – Ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev – Mədəniyyət və turizm naziri

Misir Mərdanov – Təhsil naziri

Oqtay Şirəliyev – Səhiyyə naziri

Əli Abbasov – Rabitə və informasiya texnologiyaları naziri

Azad Rəhimov – İdman və gənclər naziri

Arif Vəliyev – Dövlət Statistika Komitəsinin sədri

Akif Əlizadə – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru

Xoşbəxt Yusifzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru

Əhliman Əmiraslanov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru

Budaq Budaqov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru

Abel Məhərrəmov – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru

Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Yaqub Mahmudov – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri

Məhərrəm Babayev – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!