21 Aprel, 2011
Badamdar üçün 2 milyon manat

120 yerlik uşaq bağçası və 880 şagirdlik ümumtəhsil məktəbi binaları tikiləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Prezident Administrasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, sərəncamda qeyd olunur ki, Bakı şəhərinin Səbail rayonu İcra Hakimiyyətinə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagirdlik ümumtəhsil məktəbi binalarının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!