2 Dekabr, 2014
Mona Liza Da Vinçinin çinli anasıdır - ARAŞDIRMA

Son aparılan araşdırmaya görə  Mono Liza, Leanardo da Vinçinin İtaliyaya kölə olaraq gələn çinli anasının portretidir.

Orataya atılan  bu iddia hazırda sənətkar mühitinin bir xeyli məşğul edir. İddianı oartaya atan Leanardo da Vinçinin həyatı haqqında uzuzn illər araşdırma aparan bir yazardır.  Leanardo da Vinçi haqqında kitab yazan Angela Paratiko məşhur sənətkarın anasının çinli bir kölə olduğunu söyləyir.

“South China Morning” qəzetində yer alan xəbərə görə Leanardo da Vinçinin anasın Florensiyanın 30 kilometrliyində tapılan Vinçi qəsəbəsində məskunlaşıb və 1452 ci ildə Leanardonu dünyaya gətirib. Angela Parataikonun iddiasına görə Katerina adı ilə yaşayan ana bu tarixdən sonra qeybə qarışıb. Çünki o illərdə bir kölənin ailə həyatı qurması cəmiyyət qanunlarına zidd idi.

Paratiko, bu iddiasını dəstəkləmək üçün intibah dövrünə aid kilsə arxivlərində apardığı araşdırmada İtalya və İspaniyada çox saylı uzaq şərqdən gəlmə kölələrin yaşadığını təsdiq edən qeydlər tapdığını deyib. Yazarın u iddiasını təsdiq etməyin yeganə yolu var ki, o da Florensiyada dəfn edilən Vinçidən və ailəsindən alınacaq DNA örnəklərinin test edilməsidir.

Məşhur rəssam və Mona Liza ilə bağlı ortaya atılan iddialar yeni deyil, tarixi100 il bundan əvvələ söykənir.

Ziqmund Freyd 1910- cu ildə Mona Lizanın da Vinçinin annasının portreti olduğunu, arxa planadakı görüntülərin də Çinə aid bir mənzərə ola biləcəyini söyləmişdi. 2002- ci ildə ortaya atılan başqa bir iddiaya görə isə Da Vinçi Orta Asiya əsillidir.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!