20 Aprel, 2011
Almaniya “Eurovision-2011”-ə nə qədər xərcləyəcək

İsveçrə daha çox puldan keçmişdi

23-25 milyon avro!

May ayında Düsseldorfda keçiriləcək "Eurovision-2011" Mahnı müsabiqəsində Almaniyanın müsabiqədə xərcləyəcəyi vəsaitin ümumi məbləği 23-25 milyon avro olacaq. Simsar.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bir il əvvəl Osloda keçirilən “Eurovision-2010” Mahnı müsabiqəsinə bundan bir qədər çox vəsait sərf olunmuşdu. 

”Eurovision” mahnı müsabiqəsi Avropa Yayım Birliyi (EBU) tərəfindən həyata keçirilir. Qalib iştirakçının vətəni növbəti yarışda ev sahibi olur.

Ötən il Oslo müsabiqəyə 25 milyon avro sərf etmişdi, qarşılığında 12 milyon avro gəlir əldə etmişdi.

Qeyd edək ki, sərf olunan vəsaitdən 3.8 milyon avro Avropa Yayım İttifaqının hesabına ödənilib.

Almaniya yayım nümayəndələri hesab edir ki, əsas olan külli miqdarda pul ödəmək yox, parlaq şou təşkil etməkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!