1 Dekabr, 2014
24 yaşlı qadın bir dəfəyə 7 uşaq dünyaya gətirib

İran İslam Respublikasının Məşhəd şəhərinin sakini 24 yaşlı Neda Aləmi bir dəfəyə 7 uşaq dünyaya gətirib.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, doğum evinin baş həkimi Fatimə Tara jurnalistlərə deyib ki, uğurla keçən doğuş zamanı 2 oğlan və 5 qız dünyaya gətirən Neda Aləmi özünü yaxşı hiss edir. Lakin oğlan uşaqlarından biri hədindən artıq zəif olduğu üçün tələf olub.

Dünyaya 7 uşaq gətirən ana onların saxlanılması üçün yardım almaq məqsədilə dövlət orqanlarına müraciət edib. Dövlət rəsmiləri uşaqların sağlam böyüdülməsi üçün bu ailəyə hər cür kömək göstəriləcəyini bildiriblər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!