1 Dekabr, 2014
Taylandda meymunlar festivalı keçirildi - FOTO

Taylandda dünyanın ən maraqlı festivallarından biri olan “Monkey Buffet Festival” (Meymunlar süfrəsi festivalı) başlayıb.

Simsar.az xəbər verir ki, paytaxt Banqoqun şimalında yerləşən “Meymunlar şəhəri” adlanan Lopuri bölgəsində həyata keçirilən festival çərçivəsində küçələrə meymunların sevdiyi tropik meyvə və pürelər səpilib. Onlar üçün hazırlanmış bu açıq mətbəxtə cuman heyvanlar maraqlı səhnələrin yaşanmasına səbəb olub.

Taylandda “Meymun Festivalı” bölgənin turizmini canlandıran ən əhəmiyyətli tədbirlərdən biri hesab olunur.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!