1 Dekabr, 2014
“Micrasoft” yeni ofis paketi buraxacaq

“Microsoft” korporasiyası 2015-ci ilin ikinci yarısında “Office 16” ofis paketinin növbəti versiyasını buraxacaq.

Simsar.az xəbər verir ki, bu haqda “Microsoft”un “Office” və “Office 365” paketinin marketinqi üzrə baş meneceri Culiya Vayta istinadən “ZDNet” resursu yazıb. Bildirilib ki,  “Office 365” “bulud” versiyasının mövcudluğuna baxmayaraq, şirkət masaüstü versiyanın buraxılışına davam edəcək. Nəşr belə hesab edir ki, o vaxt artıq “Office 365” “bulud” versiyasının bütün yenilikləri “Office 16” paketinə daxil ediləcək.

Mövcud “Office 2013” masaüstü versiyası və “Office 365” “bulud” versiyası arasında ödəniş modelində prinsipial fərq var. İstifadəçi avtonom versiya üçün bir dəfə ödəniş edir. “Bulud” versiya isə istifadəçiyə kirayəyə verilir və o, hər il onun haqqını ödəməlidir, amma fərdi komputer və smartfonlar daxil olmaqla beş qurğuya quraşdıra bilər.

2015-ci ilin əvvəlində “Apple” kompyuterləri üçün ofis paketinin yeni versiyası gözlənilir.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!