30 Noyabr, 2014
Gənc müğənni Əli Dünya axtarışda - VİDEO -FOTO

Simsar.az xəbər verir ki, gənc müğənni Əli Dünya

sözləri Xədicə Murad, musiqisi Hikmət Aslanova məxsus olan "Səni çox axtarmışam" adlı mahnısını dinləyicilərə təqdim edib.

Sevgidən bəhs edən bəstəni özünəməxsus şəkildə ifa edən Əli, mahnısının qısa zamanda hit olacağından əminliklə danışdı :

"Saf sevgidən bəhs edən "Səni çox axtarmışam"ın melodiyası çox ürəyəyatımlıdır. Sözlərlə musiqi bir-birini çox tamamlayır. Bu ifamla saf sevgi yaşayan, eləcədə əsl məhəbbət axtaran insanların hisslərini dilə gətirməyə çalışmışam. Məhz bunu rəhbər tutaraq deyirəm ki, mahnım hit olacaq".

Məlumat üçün bildirək ki, Əli Dünyanın səhnəyə gəlişi uşaq yaşlarına təsadüf edib. İllər öncə o, beynəlxalq müsabiqələrdə iştirak edərək Azərbaycan musiqisini layiqincə tanıtmağın öhdəsindən gəlib.

Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Əli Dünyaya solo karyerasında uğur qazandıracaq "Səni çox axtarmışam" mahnısını oxucularımız təqdim etdiyimiz linkdən dinləyə bilərlər.

 

Şahin Cavadsoy

Simsar.Az

Foto : Sərxan

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!