30 Noyabr, 2014
Moldovada parlament seçilir

Moldovada bu gün parlament seçkiləri keçirilir. Moldovanlar sonradan ölkənin yeni hökumətini təşkil edəcək qanunvericilik orqanının millət vəkillərini seçirlər.

Simsar.az-ın məlumatına görə, Moldovanın Azərbaycanda yaşayan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb.. Azərbaycanda yaşayan Moldova vətəndaşları səslərini verirlər.

Seçki məntəqəsinin rəhbəri Georgiy Botan bildirib ki, səsvermədə Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan və 18 yaşına çatmış Moldova vətəndaşları iştirak edirlər.

Seçkidə iştirak etmək üçün Moldova vətəndaşlarının xarici pasport və ya dənizçi pasportunu özləri ilə götürmələri vacibdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!