29 Noyabr, 2014
21 yaşlı qız itkin düşdü

Qusarda 21 yaşlı qız itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayon Polis Şöbəsindən bildiriblər ki, şəhərin Puşkin küçəsi, 5 ünvanında yaşayan Cavadova Albina Ruslanovna 13 oktyabr 2014-cü il tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun fərdi əlamətləri: boyu 151 sm, saçları qara rəngli azca qıvrım, gözlərinin rəngi qonur, orta bədən quruluşludur.

Evdən çıxarkən əynində sarı rəngli qalın uzunqol qış gödəkçə, tünd göy rəngli cins şalvar və ağ-qara zolaqlı idman ayaqqabısı olub.

Onun barədə hər hansı bir məlumatı olan  şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və (050) 321-87-20 nömrəli telefonlara zəng vurmaq xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!