29 Noyabr, 2014
Avropa "dəyər"ləri: "Hicabı çıxart, övladların qaytarılsın" – QƏRAR

Fransa məhkəməsi qeyri-adi qərar verib.

Simsar.az DHA-ya istinadən xəbər verir ki, Fransa məhkəməsi türk vətəndaşı Hülya Beyazitin 5 uşağını əlindən alıb. Qonşularının şikayəti üzrə uşaqlar ailədən götürülərək müvəqqəti baxılması üçün başqa bir ailəyə verilib. Məhkəmə məsələ ilə bağlı qərar qəbul edib. Qərara görə, əgər Hülya Beyazit hicabını açarsa, 5 övladı ona qaytarılacaq.

Üsyan edən ana övladlarına qovuşmaq istəyir, məhkəmə qərarı ilə razılaşmır. Hülyanın sözlərinə görə, övladları himayədə olan ailənin dilini başa düşmür, adət-ənənələrdən məhrum olur. Ana bildirir ki, bu dini ayrıseçkilikdən başqa bir şey deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!