29 Noyabr, 2014
Anara Aytmatov mükafatı verildi - Foto

Azərbaycanın Xalq Yazıçısı Anar MDB Parlamentlərarası Assambleyasının (PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb.

Simsar.az AzərTac-a istinadən xəbər verir ki, mükafat MDB PA-nın 41-ci plenar iclası çərçivəsində təqdim olunub.

Çingiz Aytmatov adına mükafatı Azərbaycan yazıçısına Sankt-Peterburqun Tavriçeski sarayında MDB Parlamentlərarası Şurasının sədri Valentina Matviyenko və Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov təqdim ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!