29 Noyabr, 2014
Rusların Türkiyə sevgisi

Rusiya və Türkiyə 2016-cı ildə qarşılıqlı olaraq "Turizm ili" keçirməyi planlaşdırır.

Simsar.az-ın məlumatına görə, bunu Vladimir Putinin dekabrın 1-də Ankaraya reallaşdıracağı səfər ərəfəsində keçirdiyi brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O deyib ki, bu məsələnin V.Putinin səfəri çərçivəsində keçiriləcək iclasda elan olunması nəzərdə tutulur. Əminik ki, belə tədbirlər qarşılıqlı əlaqələri daha da möhkəmləndirəcək.

Onun sözlərinə görə, Türkiyə rusların maraq göstərdiyi ölkələrdən biridir. Bir çox məsələdə qısamüddətli səfərlər üçün vizasız rejim buna imkan yaradır. Keçən il Rusiyadan Türkiyəyə 4,1 milyon turist gedib. Bu artım indi də davam edir və turistlərimizin sayı təqribən 14 faiz artacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!