29 Noyabr, 2014
Ermənilərin yaraladığı gizir ölkəyə qayıdır

Ermənistan Silahlı Qüvvələri ilə qanlı döyüşlərdə yaralanan gizir bu gün Vətənə qayıdır.

ANS TV-nin məlumatına görə, bu ilin avqustunda Ermənistan Silahli Qüvvələri ilə təmas xəttində qanlı döyüşlərdə yaralanan və sonradan Türkiyəyə müalicəyə göndərilən Azərbaycan Ordusunun giziri Məmmədov Ədalət Əbülfəz oğlu bu gün Bakıya dönür.

Ədalət Məmmədovu Vətənə gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da Heydər Əliyev adına hava limanında yerə enəcək.

Ə.Məmmədov avqustun 2-də erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb.

Ondan əlavə atışma zamanı Sərxan Tahirzadə və Elvin Əsgərov da yaralanıb. Sərxan və Elvin Atatürk Eitim və Araşdırma xəstəxanasında, Ədalət Məmmədov isə Ankara xəstəxanasında VİP palatalarda müalicə alıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!