29 Noyabr, 2014
Prezident neftin ucuzlaşmasına görə maaşını azaltdı

Venesuela prezidenti neftin qiymətinin enməsindən dolayı öz maaşını azaldacağını bildirib.

Simsar.az “Rosbalt.ru”ya istinadən xəbər verir ki, Nikolas Maduro özü ilə bərabər digər məmurların da maaşlarının azaldılacağını bildirib.

Xüsusi komissiya yaradan prezident dövlət xərclərində ixtisarlar edilməsinə çalışdıqlarını deyib. Komissiyaya sosial əhəmiyyətli xərclərdən ixtisarlar edilməsi qadağan edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!