29 Noyabr, 2014
Sneyder “Qalatasaray”ı tərk edə bilər

Uesli Sneyder nəhəng klubların maraq dairəsindədir.

Simsar.az  xəbər verir ki, bu barədə “Eurosport” məlumat yayıb.

Çezare Prandellinin gedişindən sonra İstanbul təmsilçisinin bir neçə oyunçusu ilə yollarını ayıracağı ehtimal edilir. Bunu nəzərə alan Avropanın nəhəng klubları isə Uesli Sneyder üçün yenidən hərəkətə keçiblər.

Bir müddət əvvəl hollandiyalı futbolçunu heyətinə qatmaq istəyən “Mançester Yunayted”in qış transfer pəncərəsində “Qalatasaray”a rəsmi təklif göndərəcəyi bildirilir. Xames Rodrigezi Madrid “Real”ına satan “Monako” da qol problemini Sneyderlə aradan qaldırmaq niyyətindədir.

Hollandiyalı ulduzun “Qalatasaray”dakı taleyinə aydınlıq gətirən futbolçunun meneceri Quido Albers isə onun İstanbuldan getmə ehtimalının olduğunu dilə gətirib: “Sneyder burada xoşbəxtdir. Sadəcə, onun niyə ilk 11-likdə yer almadığını başa düşmürəm. Belə davam etsə, Sneyder özünə yeni iş yeri tapmalı olacaq”.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2013-cü ildən “cim-bom”un şərəfini qoruyur.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!