29 Noyabr, 2014
DİN-də kadr dəyişikliyi oldu

Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub.

Simsar.az-ın report.az-a istinadən məlumatına görə nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu  Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!