29 Noyabr, 2014
Rusiya “Bulvara”nı havaya buraxdı

Rusiya 10 ədəd nüvə başlıq daşıya bilən və 8 min kilometrlik uzaqlıqdan hədəfi vura bilən “Bulvara” raketini havaya buraxıb.

Simsar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyindən verilən  açıqlamada Aleksandr Nevskidən uçurulan raketin uğurlu şəkildə hədəfə çatdığını bildirilib. Rusiyanın Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, dənizaltı sınaq suyun altında həyata keçirilib. Barent Dənizindən uçurlan “Bulvara”nın uçuş parametləri normal irəliləyib. Məlumata görə raket Kamçatkadakı test hədəfinə çatıb.

Qeyd edək ki, “Bulvara” raketləri uzun müddət sınaqlard gözlənilən nəticəni verməmişdi. Rusiya 2020- ci ilə qədər Borey dənizaltını “Bulvara” raketləri ilə təchiz etməyi planlaşdırır.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!