29 Noyabr, 2014
Silahlı Qüvvələrimiz Türkiyəyə gedir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Simsar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 1-dən 5-dək Ankara şəhərində (Türkiyə) Böhranlara cavab əməliyyatları üzrə qərargah zabiti kursu, dekabrın 1-dən 26-dək Konya şəhərində (Türkiyə) Kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üzrə zabit kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!