29 Noyabr, 2014
"Avtovağzal" stansiyasından yeni XƏBƏR

“Avtovağzal” stansiyası 2015-ci ildə istifadəyə verilə bilər. Bu metro stansiyasında əlillərin rahatlığı üçün isə hər şey nəzərə alınıb.

Simsar.az xəbər verir ki, gələn ilin əvvəlinə təhvil verilməsi planlaşdırılan “Avtovağzal” stansiyası metronun bənövşəyi xəttinə daxildir. Bu xəttin stansiyaları digərlərindən bir sıra xüsusiyyətlərilə fərqlənir. Ən əsas üstünlük isə burada fiziki qüsurlu insanların da hərəkətinin nəzərə alınmasıdır. Yeni stansiyalarda ilftlər quraşdırılıb ki, bundan ancaq əlillərin istifadəsinə icazə veriləcək.

“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları ilə bərabər bundan sonrası inşası nəzərdə tutulan bütün stansiyalarda fiziki qüsurlu insanların hərəkəti üçün şərait yaradılacaq. Bənövşəyi xəttin ilk iki stansiyasında isə artıq son tamamlama işləri görülür. Stansiyaların tunelində işlər görülüb. Eskalatorlar hazır vəziyyətə gətirilib.

Fransanın “Tales” şirkətilə bağlanmış müqavilə əsasında burada yeni avadanlıqlar quraşdırılıb. Stansiya müasir işıqlandırma sistemilə təmin olunub. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sisteminin olması ilə fərqlənir.

Burada bir yenilik də, bir vaqondan digərinə keçidin mümkünlüyüdür. Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Mövcüd stansiyalar isə beş vaqonludur.

“Avtovağzal” stansiyası giriş çıxışlarının çox olması ilə də digərlərindən fərqlənir. Stansiyanını 7 çıxışı var. Bənövşəyi xəttin stansiyalarından digərləinə keçid də nəzərdə tutulub.

Nərmin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!