29 Noyabr, 2014
Məşhur qarabağlıların markası buraxıldı - FOTO

Qarabağın görkəmli xadimlərinə həsr olunmuş markalar buraxılıb.

Simsar.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti yeni marka seriyasını nəşr etdirib. “Qarabağın görkəmli xadimləri” adlandırılan  marka seriyasına 6 poçt markası daxildir.

Markaların üzərində ayrı-ayrılıqda Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim Haqverdiyev, Bülbül, Üzeyir Hacıbəyov və Xan Şuşinskinin şəkilləri təsvir olunub.

Nəfis dizaynda hazırlanmış markaların birinin nominal dəyəri 50 qəpik təşkil edir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!