29 Noyabr, 2014
Neft kəskin ucuzlaşdı

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 11,40% yaxud 7,54 dollar ucuzlaşaraq 66,15 ABŞ dolları olub.

Simsar.az-ın xəbərinə görə bu 2014-cü ilin iyunundan bəri qeydə alınan ən ucuz qiymətdir.

Birjalarda "Brent" markalı xam neftin qitymətində də ucuzlaşma müşahidə edilib. Belə ki, "Brent"in bir bareli 10,83% yaxud 7,60 dollar ucuzlaşaraq 70,15 dollara bərabər olub.

Xatırladaq ki, təhlilçilər bu il üçün neftin orta qiymətinin 76 ABŞ dolları olmasını proqnozlaşdırıblar.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!