29 Noyabr, 2014
“Bakı” “İnter”ə, “Neftçi” “Qəbələ”yə qarşı – AFİŞA

Bu gün Topaz Premyer Liqasında 14-cü tur start götürəcək. Simsar.az-ın məlumatına görə, tura paytaxt derbisi ilə start veriləcək. Hazırda yaxşı günlərini yaşamayan “Bakı” “İnter”i qəbul edəcək.

Mərkəzi görüş “Bakcell Arena”da keçiriləcək. Burada “Qəbələ” “Neftçi”yə qonaq olacaq.

Günün proqramını diqqətinizə çatdırırıq:

 

XIV tur

29 noyabr (şənbə)

 

14:00. “Bakı” – “İnter”

I dövrədəki oyun – 0:7

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

15:00. AZAL – “Sumqayıt”

I dövrədəki oyun – 1:0

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov

“AZAL Arena”

 

17:00. “Neftçi” – “Qəbələ”

I dövrədəki oyun – 0:0

Hakimlər:  İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov

“Bakcell Arena”

 

Qeyd edək ki, tura sabah baş tutacaq “Simurq” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!