29 Noyabr, 2014
Cümə namazında məscid partladıldı: 120 ölü, 270 yaralı

Nigeriyanın şimalında yerləşən Kano şəhərində cümə namazı zamanı  məsciddə törədilən silahlı hücum nəticəsində 120 nəfər öldürülüb.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kanonun ən böyük məscid olan Mərkəz Məscidində törədilib. İki kamikadze ilk partlayışı cammat namazı zamanı həyta keçirdib. Qısa müddət sonra növbəti partlayış meydana gəlib. Partlayışdan sonra əli silahlıar tərəfindən ətrafa atəş açılıb. Ölənlərin böyük əksəriyyəti gənclər və məscid önündəki dilənçilər olduğu bildirilib. Slahiyyətli şəxslər ölənlərin sayına dair rəsmi bir açıqlama verməsə də, ən az 120 nəfərin öldüyü, 270 nəfərin yaralandığı qeyd edilib.

Qeyd edək ki, Kano şəhəri beş ildir ki, Boko Haram terror təşkilatının hücumlarının hədəfi olur.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!