29 Noyabr, 2014
Avstraliyada dəhşətli fırtına: 39 yaralı

İki həftə əvvəl dünya liderlərinin bir araya gəldiyi G-20 Zirvə toplantısına ev sahibliyi edən Avstraliyanın Brisbane şəhəri fırtına və güclü yağışlara təslim olub. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, sürəti saatda 145 km olan fırtınada elektrik xəttləri qopub, tenis topu böyüklüyündə dolu yağıb. Nəticədə 115 min ev elektriksiz qalıb, 39 nəfər yaralanıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!