28 Noyabr, 2014
İntihar edən şəxs xilas edildi

Metronun “Koroğlu” stansiyası yaxınlığında körpüyə çıxaraq intihar etmək istəyən Tovuz sakini Nizami Musayev xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, 1969-cü il təvəllüdlü Tovuz sakinini xilasedicilər fikrindən daşındıra biliblər.

FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə Nizami Musayevi körpüdən endiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!