28 Noyabr, 2014
Nigeriya qan gölünə döndü

Nigeriyanın şimalında Kano şəhərinin məscidində törədilən terror zamanı 64 nəfər ölüb, 126 nəfər isə yaralanıb.

Simsar.az xəbər verir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.

Terror aktına görə Nigeriyanın ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, dünən Nigeriyanın şimal-şərqində avtobus dayanacağında törədilən partlayış nəticəsində 40 nəfər həlak olub.

Bu gün isə daha 45 insan Nigeriyanın şimal-şərqində törədilən teraktda öldürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!