20 Aprel, 2011
ÇERNOBL FACİƏSİNDƏN SONRA DOĞULAN UŞAQLAR-FOTO

“Elə bil fərqli irqə baxırsan”

Aprel ayının 26-sı Çernobl faciəsinin baş verməsindən 25 il ötür. 1986-cı ildə Çernobl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. Yanğın sonradan geniş şüalanmaya səbəb olub. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioaktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.

Simsar.az-n milliyyet.com.tr saytına istinadən təqdim etdiyi şəkillər fotoqraf Pol Fusko tərfindən 2000-ci ildə “Çernobl irsi” adı altında toplanılıb. Fotoşəkillərdə radiasiyaya qurban gedən kiçik bədənlərin çəkdiyi ağrılar nüvə fəlakətinin dəhşətlərini göstərir.

Sızan radiasiyadan zərər çəkən uşaqlar dövlət himayəsindədir. Fusko bu müəssəsələrin hamısını gəzib. Onun sözlərinə görə, uşaqlara yaxşı baxırlar, amma təhsil verilmir.

Gördüyü mənzərədən danışarkən fotoqraf deyib: "Bir bədəndə səhv ola biləcək nə varsa daha çoxu bu uşaqlardadır. Elə bil fərqli irqə baxırsan."


Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!