28 Noyabr, 2014
2014-cü ən yaxşı yarımmüdafiəçiləri açıqlandı

FİFA və Beynəlxalq Professional Futbolçular Birliyi (FIFPro)2014-cü ilin rəmzi komandası üçün 15 ən yaxşı yarımmüdafiəçinin adını açıqlayıb.

Simsar.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahıda ən çox "Real" və "Yuventus"un futbolçuları (3) yer alıb.

15 yarımmüdafiəçidən 3-ü rəmzi komandada olacaq. Ən yaxşılar isə  60 minə yaxın peşkar futbolçunun səsi ilə müəyyənləşəcək.

Siyahıya daxil olan yarımmüdafiəçilər aşağıda adları qeyd olunanlardır:

Xabi Alonso (İspaniya, "Bavariya"), Anxel di Mariya (Argentina, "Mançester Yunayted"), Sesk Fabreqas ( İspaniya, "Çelsi"), Eden Hazard (Belçika, "Çelsi"), Xavi Hernandes (İspaniya, "Barselona"), Andres İnyesta (İspaniya, "Barselona"), Toni Kroos (Almaniya, "Real"), Luka Modriç (Xorvatiya, "Real"), Məsut Özil (Almaniya, "Arsenal"), Andrea Pirlo (İtaliya, "Yuventus"), Pol Poqba (Fransa, "Yuventus"), Xames Rodriqes (Kolumbiya, "Real"), Bastian Şvaynştayger (Almaniya, "Bavariya"), Yaya Ture (Fil Dişi Sahili, "Mançester Siti"),  Arturo Vidal (Çili, "Yuventus")

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!