28 Noyabr, 2014
Lukaşenko Rusiyanı tənqid etdi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindən Qazaxıstana göndərilən mallara Rusiya ərazisində nəzarət mexanizminin tətbiqini tənqid edib.

Kremlin bu təşəbbüsü Qazaxıstanda da mənfi qarşılanıb. Bildirilib ki, əgər nəzarət həyata keçirilsə, Gömrük İttifaqının mahiyyəti şübhə altına alınmış olacaq.

Qeyd edək ki, ötən həftə “Rosselxoznadzor” Belarusun Qazaxıstana göndərdiyi 360 ton meyvə-tərəvəz məhsulunu (Avropa mənşəli-red.) Bryansk və Smolensk vilayətlərindən geriyə qaytarıb. Rusiya Belarusun təkrar ixrac əməliyyatlarına mənfi baxdığı üçün bu addımı atıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!