28 Noyabr, 2014
"Qarabağ" vətənə dönüb

Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan "Qarabağ"  Qəbələyə gəlib.

Simsar.az-ın məlumatına görə, komanda bu gün Qəbələdə qalacaq. Sabahdan Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının 14-cü turunda keçiriləcək "Simurq"a qarşı oyununun hazırlıqlarına start verəcək.

Qeyd edək ki, "Simurq" - "Qarabağ" matçı noyabrın 30-u, saat 17:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!