28 Noyabr, 2014
"Türkiyənin tövsiyələrini nəzərə alın" – Ərdoğandan Papaya

"Türkiyə öz daxilində birgə yaşayış mədəniyyətini güclü şəkildə dəstəkləməklə yanaşı, bölgəsində və dünyada da bunun mübarizəsini səmimi şəkildə aparır".

Simsar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan Papa Fransisk ilə birgə mətbuat konfransı zamanı deyib.

Ərdoğan üzünü Papa Fransiskə tutaraq Türkiyənin xəbərdarlıqlarını nəzərə almağa çağırıb:

"Birlikdə yaşayış mədəniyyətinin qlobal miqyasda dəstəklənməsi naminə Türkiyənin tövsiyələrinin nəzərə almaq lazımdır. Qərbdə artan təhdidlər məsələsində də Türkiyənin xəbərdarlıq və tövsiyələrinə diqqət etməyin lazım olduğunu düşünürəm".

Papa Fransisk da çıxışında Türkiyəni tərifləyərək bunları deyib:

"Hər şeyə qadir uca Tanrı Türkiyəni əziz tutsun və qorusun və onu sülhün inşasında fəaliyyətini dəyərləndirsin".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!