28 Noyabr, 2014
Türkiyədən İsrailə: “İsbat et”

İsrail iyun ayından yoxa çıxdıqdan 18 gün sonra ölü tapılan üç yəhudi olayının səbəbkarının HƏMAS olmasıyla bağlı iddialarını hələ də davam etdirir.

Simsar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə İsrailə bu iddiaların əsassız olduğunu bildirərək, “İsbat et” deyə meydan oxuyub.

Türkiyənin bu açıqlaması isə İsrailin “Yediot Ahronot” qəzetində yer alıb.

Xatırladaq ki, İsrail iyunun 12-də qətlə yetirilənlərin əsas səbəbkarının HƏMAS olduğu bəhanəsilə Qəzzaya hücum etmişdi.

Hücum nəticəsində 2145 nəfərin qətlə yetirildiyi Qəzza qətliamı başladı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!