28 Noyabr, 2014
“Məndən üzr istədilər” – saxlanılan jurnalist DANIŞDI

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimov (Qarışqa) Simsar.az-a hadisənin təfərrüatları barədə açıqlma verib.

T. Qarışqa bildirib ki, o, səhər saatlarında saxlanılıb: “Saxlanılma yerində mənə dedilər ki, səni tanımaq istəyirik. Neynirsən, nə işlə məşğulsan? Həyat tərzin neçə keçir? Mən də jurnalist olduğumu dedim. Mən isə saxlanılmağımın səbəbini soruşdum. Dedilər ki, bağışla, bizdə belə olur. Ümumi bir-iki sual verdilər. Elə ciddi bir şey yoxdur. Hazırda işdəyəm, gündəlik işimlə məşğulam”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!