20 Aprel, 2011
Əhalinin gəlirləri 15,3 faiz artıb

Statistika 2011-ci ilin birinci rübünü əhatə edir

2011-ci ilin birinci rübündə ölkənin hər bir sakininin gəlirləri orta hesabla 721.5 manata çataraq 15.3 faiz artıb. Bu barədə simsar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, gəlirlərin 69.9 faizi son istehlaka, 8.1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

 

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!