28 Noyabr, 2014
Bakıda Türkiyə Mədəniyyəti Günləri davam edir

Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində “Meraklısı İçin Öyle Bir Hikaye” tamaşası nümayiş olunub.

Simsar.az xəbər verir ki, iki pərdədən ibarət olan “Meraklısı İçin Öyle Bir Hikaye” tamaşasını tək şəxsiyyət canlandırıb. Belə ki, Türkiyədən,  Azərbaycan gələn Ankara  Dövlət Teatrının aktyor Erdinç Doğan göstərdiyi tamaşa ilə,  Bakı izləyicilərininə unudulmaz  gün yaşadıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümaiş olunan tamaşanı izləyənlər sırasında, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, Kiprin Azərbaycandakı səfiri Sadettin Topukçu, Türkiyənin Azərbaycandakı səfirliyinin digər diplomatları, Azərbaycananın xalq artisti Fəxrəddin Manafov  və ictimai şəxslər də olub.

Onu da bildirək ki,  “Meraklısı İçin Öyle Bir Hikaye” oyununun yazarı  Sait Faik Abasıyanık,  rejissoru isə Murat Çidamlıdır. Tamaşa  insan sevgisindən, xoşbəxtliyindən, kədərindən bəhs olunur.

Məlumat üçün bildirək ki,  Türkiyənin Mədəniyyət və Turizm nazirliyi,  eləcədə  Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri başa çadıb.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!