28 Noyabr, 2014
6 rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a bildirilib ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 269, 271, 274 və 383 saylı qazanxanalara çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədi ilə bu gün işlər başa çatanadək Binəqədi və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar 17:00-dək Masallı, Kürdəmir və Nərimanov rayonlarının bir hissəsinə, saat 18:00-dək isə Xaçmaz rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Simsar.az

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!