28 Noyabr, 2014
İsraildə Türkiyədə təlim keçən Həmas silahlıları tutuldu – AÇIQLAMA

İsrail Qüdsdə terror aktı həyta keçirməyi planlaşdıran Həmas təşkilatının üzvlərinin aşkar edildiyini açıqlayıb. Həbs edilən 30-dan çox Həmas üzvünün Türkiyə və İordaniyada təlim keçdikləri iddia edilib.

Simsar.az xəbər verir ki, açıqlamada silahlıların hədəfləri arasında şəhərin mərkəzi stadionu “Teddy” və bəzi tramvay stansiyaları da olub. Əməliyatda çox sayda silah və partlayıcı maddələr ələ keçirilib. Silahlıların bəzi israilliləri qaçırmağı planladıqları da bildirilib.

İsrailin “Jeruselim Post” qəzeti isə iddia edib ki, əməliyyatlar Həmasın Türkiyədəki liderləri tərəfindən idarə edilirmiş.

İsrail baş naziri Benyamin Netanyahu əmliyyatlara görə İsrail kəşfiyyatını təbrik edərək, hələ bu kimi çox sayda gizli əməliyyatların həyta keçirələcəyini bildirib.

Qeyd edək ki, Türkiyə, Həmas və İordaniyadan məsələylə bağlı rəsmi açıqlama gəlməyib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!