28 Noyabr, 2014
450 milyon il əvvəl yox olan “Super sivilizasiya”

Rusiyada tapılan və üzərində kompyüter beyninə bənzər işarələr olan qeyri-adi daşın, 450 milyon yaşı olduğu məlum oldu. Mütəxəssislərə görə dünyada “Süper sivilizasiya” daxil olmaqla minlərlə növü yok edən təbiət hadisəsi yaşanmış ola bilər.

Simsar.az xəbər verir ki, Rusiyanın cənubunda yerləşən Kuban çayında balıq tutan balıqçılar, son dərəcədə qeyri-adi olan bir daş tapıb. Daşın içində görünən və  kompyüter beyninə bənzəyən kiçik düzbucaqlı, kəndlilərin diqqətini çəkib. Daş Rusiya Texniki Universiteti nəzdnində fəaliyyət göstərən Nanotexnalogiya Araşdırma İnsitutuna göndərilib. Burda aparılan araşdırma nəticəsində daşın 450 milyon yaşı olduğu ortaya çıxıb.

Alimlər dünyamızın bundan təxminən 450 milyon il əvvəl nəhəng bir kökü kəsilmə böhranı ilə qarşı-qarşıya qalmış ola biləcəyini ifadə edib. Bu çağda yaşanan “Super sivilizasiya”da daxil olmaqla minlərlə növün tamamilə yox olduğu və dünyadakı canlıların hamısına təsir edən nəticələr doğuran hadisələrin meydana gəldiyi düşünülür.

Daş və üzərindəki diqqət çəkən cisim haqqında aparılan ətraflı  araşdırmalar məsələnin əslini dəqiqləşdirərək yeni məlumatlar ortaya çıxara bilər. Lakin dünyanın dörd bir tərəfində bir çox insan, bu daşın inkişaf etmiş texnalogiyaya sahib bir yad planetli sivilizasiyasına aid olduğunu bildirən fikirlər səslənir.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!