20 Aprel, 2011
Isveç televiziyasında 17 aprel mitinqindən reportaj-VİDEO

Deportasiya olunan jurnalistlərlə bağlı Avropada süjet yayımlandı

Isveç televiziyası aprelin 17-də Bakının “Sahil” bağı ərazisində müxalifətin icazəsiz aksiyasını işıqlandıran jurnalistlərin saxlanılması ve deportasiyası ilə bağlı veriliş hazırlayıb. 

İsveç televiziyasının Birinci Kanalından May Roderstrit, Şarlotta Uikstrom və Çarli Latravot aprelin 17-də Sahil bağında müxalifətin etiraz aksiyasını müşahidə edərkən saxlanılıblar.

Fotoqraf Zsolt Czinkoczky "Expressen" qəzetinə həmkarlarının həbs olunduqları anı belə təsvir edib: "Qəfildən polis hadisə yerinə gəldi və adamları dağıtmağa başladı. Onlar mənim həmkarlarımı apardılar. Soruşanda ki, onları niyə aparırsınız, dedilər ki, çəkilişə icazə yoxdur".

"Pampas Produktion» film şirkətinin nümayəndəsi Mikael Eklund isə deyib ki, isveçli jurnalistləri saxlayanda, polis onlardan yaddaş kartını alaraq içindəkiləri pozub.

Dövlət Miqrasiya Xidməti (DMX) aprelin 17-də Sahil bağında saxlanılan isveçli jurnalistlərlə bağlı qərar qəbul edib. Əcnəbi jurnalistlərin ölkəmizdə peşə fəaliyyəti ilə məşğul olması üçün Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədikləri üçün deportasiya ediliblər.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!