28 Noyabr, 2014
“My name is İntiqam” komediyasının qala-gecəsi olacaq

Bu gün Nizami Kino Mərkəzində “My name is İntiqam” milli komediya filminin qala-gecəsi keçiriləcək.

Kino mərkəzinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, filmin rejissoru Emil Abdullayevdir.

Bol-bol gülüş vəd edən baş rolun ifaçısı aktyor Müşviq Şahverdiyev filmin “bu vaxta kimi çəkilən komediyaların arasında bir nömrəli film” olacağını söyləyib.

Qala–gecəsində rejissor Emil Abdullayev, ssenari müəllifi Fariz Əliyev, aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli, Teymur Məmmədov, Aysel Bayramova və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!