28 Noyabr, 2014
“Qarabağ” Fransadan Qəbələyə gəlir

Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan "Qarabağ" vətənə bu gün qayıdacaq.

Simsar.az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə Bakıya deyil, Qəbələyə gedəcək.

Bakı vaxtı ilə saat 20:00 radələrində Qəbələdə olacaq Qurban Qurbanovun komandası hava limanından birbaşa Zaqatalaya yola düşəcək. Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Simurq"un qonağı olacaq "Qarabağ" klubu qarşıdakı oyuna Zaqatalada hazırlaşacaq.

Qeyd edək ki, "Simurq" - "Qarabağ" oyunu noyabrın 30-da, saat 17:00-da başlayacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!