28 Noyabr, 2014
Arif Hacılıdan Müsavatdakı narazılara sülh təklifi gəldi

Müsavat Partiyasının başqanı Arif Hacılı qurultaydan sonra təşkilatda qruplaşan narazı qüvvələrə ismarış göndərib.

Simsar.az-ın məlumatına görə, “facebook” vasitəsilə ismarışını ünvanlayan A. Hacılı narazılara sülh bağlamağı təklif edib:

“Mən sizi “gəlin qucaqlaşaq”- deyərək işığa doğru aparmağa çalışıram. Qaranlıqlar aydınlaşır. Bir azdan özünüz hər şeyi görəcəksiniz”.

A.Hacılı əlavə edib ki, yuxuda olanı oyatmaq mümkündü, oyaq ola-ola özünü yuxululuğa vuranı isə yox.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!