28 Noyabr, 2014
“İŞİD”-in hədəfi türk şəhəridir

“İŞİD” Kərkükün cənub bölgəsinə hücumlara başlayıb.

Simsar.az xəbər verir ki, bölgədə döyüşlər daha da gərginləşməkdədir. “İŞİD” hücumlarına öncə top atəşi ilə start verib. Bundan sonra yerli müdafiə qüvvələri ilə silahlılar arasında gərgin döyüşlər başlayıb. Bölgəyə dəstək üçün kürd peşmərgə qüvvələri göndərilib. Bundan sonra “İŞİD”-in irəliləməsinin qismən qarşısı alınıb. Son məlumatlara görə, peşmərgə qüvvələri və tükman özünümüdafiə gücləri 4 istiqamətdən əks hücuma keçiblər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!